Restoran

Nyu-Yorkda bir restoran

Restoran (fr. restaurer, bərpa etmək, yenilətmək deməkdir) — sifariş əsasında hazır yemək və içki təqdim edən, yüksək xidmət səviyyəsinə malik yeməkxanadır. Burada müxtəlif çeşidli yeməklər təqdim olunur. Onlar qonaqlar üçün müxtəlif stollardan və ya otaqlardan ibarət olur. Restoranlar həm arxitektur görünüşünə, həm də interyerinə görə fərqlənirlər. Restoran adlı yeməkxanalar ilk dəfə olaraq 18-ci əsrdə Fransada yaranmışdır. 1765-ci ildə Parisdə yaradılmış ilk restoranda Bulanje (Boulanger) adında şorba verilirdi. Bizə məlum olan restoran görünüşündə (qonaqlar ayrı-ayrı stollarda əyləşmir, yeməyi menyüdən seçir, işləmə vaxtı qaydaya əsasən aparılır) ilk yeməkxana 1782-ci ildə Bovilye (Beauvilliers)adında fəaliyyət göstrməyə başlamışdır[1]

Sonralar eyniadlı yeməkxanalar dünyanın bütün ölkələrini bürüyür. Burada yerli yeməklərlə bərabər, xarici mətbəxlərin yeməkləri də təqdim olunur.

  1. "Restoranda qonaq baxışlarını necə toplamaq olar?". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in